Tur haqqında

Həcc və Ümrə haqqında

Uca Allah buyurur: «Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr — İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!» Ali İmran: 96-97

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Ümrədən ümrəyə günahlar bağışlanır, günah işləmədən yerinə yetirilən həccin isə cənnətdən başqa mükafatı yoxdur!» – Buxari: 3/ 597/ ? 1773. Müslim: 2/ 983/ ? 1349. Tirmizi: 2/ 206/ ? 937. İbn Macə: 2/ 964/ ? 2888. Nəsai: 5/ 115.

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allah yolunda döyüşən, həcc və ümrə edən Allahın qonaqlarıdır. Allah onları çağırmış, onlar da Allahın dəvətini qəbul etmişlər. Onlar Allahdan nə istəyərlərsə Allah da onlara istədiklərini verər» Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 2339. İbn Macə: 2/ 966/ ? 2893.

Tura daxildir

  • ✈ Aviabilet - Birbaşa reys
  • 🪪 Multivisa - 1 (bir) illik
  • 🏥 Tibbi siğorta
  • 🧳 Baqaj - 7 kq + 20 kq Bakı -->Ciddə
  • 🧳 Baqaj - 7 kq + 20 kq Ciddə -->Bakı
  • 🕋 7 gecə Məkkə
  • 🚐 Nəqliyyat xərcləri
  • 👨‍🏫 Bələdçi
  • 🎁 ZƏM-ZƏM suyu hədiyyə
Tur haqqında pdf